İsrailin Bakıdakı səfirliyi bağlanır

saytların hazırlanması

Evə çatdırılma

İsrailin Bakıdakı səfirliyi bağlanır

Siyasət

30 Oktyabr 2019 11:17 1219


İsrailin Bakıdakı səfirliyi işini müvəqqəti dayandırır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Trend-ə səfirlikdən bildiriblər.

Səfirlikdən bildiriblər ki, qurum İsrail Maliyyə Nazirliyinin qərarına əsasən bağlanır: Toyuqlu pizza

“İsrail Maliyyə Nazirliyinin 2019-ci iyulun 21-də Baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son onilliklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən biz diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətindəyik”.

Məlumatda o da qeyd olunub ki, konsul xidmətləri göstərilməyəcək, səfirlik ziyarətlər üçün bağlanacaq:

“İsrailli diplomatlar hər zaman dövlətin gücünü və dayanıqlılığını artırmağa çalışıb. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizə yuxarında qeyd olunan addımlardan başqa seçim qoymur, çünki İsrail dövlətinin həyati vacib maraqları sıxışdırılıb. Biz ümid edirik ki, bu böhran yaxın zamanlarda həll ediləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!