UEFA Çempionlar Liqasının final oyunun ev sahibliyi Türkiyənin əlindən alına bilər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə UEFA-nın vitse-prezidenti Miçel Uva açıqlama verib. O, 2019/20 mövsümünün final oyununun yerinin dəyişdirilməsi ilə bağlı edilən çağırışlara baxılacağını qeyd edib:
“Biz məsələyə idmanın müstəqilliyi tərəfindən yanaşıb, öz səlahiyyətlərimiz çərçivəsində baxacağıq. ÜEFA-nın qərarı təşkilat rəhbərliyi və prezidentlə məsləhətləşmədən sonra qəbul olunacaq”. Dördpendirli pizza
Xatırladaq ki, Türkiyənin Suriya YPG/PKK terrorçularına qarşı başlatdığı hərbi əməliyyatlardan sonra bəzi futbol simaları finalın İstanbulda keçirilməsinə qarşı çağırışlar edib. Türkiyə milli komandasının futbolçularının da seçmə mərhələnin son oyunları zamanı qol sevincini “əsgər salamı” ilə qeyd edib hərbi məsələlərə bu yolla dəstək olması narazıların sayını artırıb.
Qeyd edək ki, Çempionlar Liqasının finalının 2020-ci il mayın 30-da Atatürk Olimpiya Stadionunda keçiriləcəyi rəsmi olaraq açıqlanıb.
Telegram kanalımız