İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Fotolar

Siyasət

29 May 2024 02:07 548


28 May - Respublika Günü münasibətilə İstanbulun rəmzlərindən olan və şəhərin iki qitəsini birləşdirən körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin dövlət qurumlarının dəstəyi ilə baş tutub.

Belə ki, İstanbulun “Fatih Sultan Mehmet”, “15 İyul Şəhidləri” və “Yavuz Sultan Səlim” körpülərində Azərbaycan bayrağının rəngləri həkk olunub. Pepperoni pizza

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da bununla bağlı sosial media hesabındakı paylaşım edib:

“Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür. “Fatih Sultan Mehmet”, “15 İyul Şəhidləri” və “Yavuz Sultan Səlim” körpüləri Can Azərbaycanın rənglərinə bürünüb. Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!