İstanbul bələdiyyəsi 2020-ci ilin mart və aprel aylarında qeydə alınan ölüm hallarının statistikasını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, rəsmi məlumatlara görə, geridə qoyduğumuz son 2 ayda İstanbulda 16 345 nəfər dünyasını dəyişib. Halbuku 2019-cu ilin mart və aprel aylarında İstanbulda 12 745 nəfər vəfat edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölü sayında 3 600 nəfərlik artım qeydə alınıb.
Ortaya çıxan bu rəqəmlər ölkədə ciddi müzakirəyə səbəb olub. Media aradakı fərqin koronavirusla bağlı olduğunu önə sürüb. İddialara görə, ötən 2 ayda İstanbulda 3 mindən çox adam pandemiya qurbanı olsa da, hökumət bu faktı gizlədib. Marqarita pizza
Telegram kanalımız