İstanbulda “Karabağın Dünü, Bu günü ve Yarını” adlı kitab nəşr olunub

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda “Karabağın Dünü, Bu günü ve Yarını” adlı kitab nəşr olunub

Maraqlı

05 Noyabr 2021 14:10 830


İstanbulda Türkiyǝnin Mǝrmǝrǝ Universiteti Türkiyyat Araştırmalar İnstitutu vǝ Azǝrbaycanın Xǝzǝr Universitetinin ǝmǝkdaşlığı ilǝ “Qarabağın Dünǝni Bu günü vǝ Sabahı” adlı beynǝlxalq simpozium keçirilib.

Yenisabah.az xəbər verir ki, simpozium Türkiyǝnin Mǝdǝniyyǝt Nazirliyi vǝ Üsküdar Bǝlǝdiyyǝsinin dǝstǝyi ilǝ tǝşkil olunub. Simpoziumda Azǝrbaycanın vǝ Türkiyǝnin tanınmış tǝdqiqatçılarının mǝruzǝlǝri dinlǝnilib. Tǝdbirdǝ Azǝrbaycanın İstanbul konsulluğunun nümayǝndǝsi Zaur Allahverdizadǝ, Türkiyyat Araştırmalar İnstitunun müdürü professor Okan Yeşilot vǝ Türk Dövlǝtlǝri Konseyinin tǝmsilçisi dǝ açılış nitqi söylǝyib.

Simpoziumda mǝruzǝ edilǝn mövzuları ǝhatǝ edǝn “Karabağın Dünü Bu günü ve Yarını” adlı tǝdqiqat ǝsǝri, Türkiyǝnin “Selenge” nǝşriyyatı tǝrǝfindǝn çap olunub.   Marqarita pizza

Kitabda Qarabağın ümumi tarixi, Osmanlı dövlǝti dövründǝ Qarabağın vǝziyyǝti, Çar Rusiyasının Qarabağı işğalı, planlı şǝkildǝ buralara köçürülmǝsi vǝ bölgǝnin demoqrafik şǝklinin dǝyişdirilmǝsi, ermǝnilǝrin, Qarabağın SSRİ dövründǝki vǝziyyǝti, ermǝnilǝrin terror fǝaliyyǝtlǝri, I Qarabağ müharibǝsi vǝ ermǝni işğalı, işğal dövründǝki Ermǝni vandalizmi, II Qarabağ müharibǝsi vǝ Qarabağın azad edilmǝsi, Türkiyǝ-Azǝrbaycan münasibǝtlǝri, yeni vǝziyyǝtin Qafqaza tǝsiri, müharibǝnin yarada bilǝcǝyi yeniliklǝr vǝ s. mövzular haqda tǝqdimatlar edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!