Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib.
“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 matç oynanılıb.
Ölkəmizdə kifayət qədər azarkeşə sahib “Qalatasaray” və Madrid “Real”ı İstanbulda üz-üzə gəlib. Sezar pizza
18-ci dəqiqədə Toni Krosun vurduğu qol matçda yeganə olub. Qrupun digər oyununda isə PSJ səfərdə "Brügge"ni 5 cavabsız qolla darmadağın edib.
Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
22 oktyabr
Qrup mərhələsi, 3-cü tur
A qrupu
23:00."Brügge" (Belçika) – PSJ (Fransa) - 0:5
Qol: M.İkardi, 7, 63, K.Mbappe, 61, 79, 83
23:00."Qalatasaray" (Türkiyə) - "Real" (İspaniya) - 0:1
Qol: T.Kross, 18
B qrupu
23:00."Tottenhem" (İngiltərə) - "Srvena Zvezda" (Serbiya) - 5:0
Qollar: H.Keyn, 9, 72, H.Min-Son, 16, 44, E.Lamela, 57
23:00."Olimpiakos" (Yunanıstan) - "Bavariya" (Almaniya) - 2:3
Qollar: Y.El-Arabi, 23, Gilerme, 79 - R.Levandovski, 34, 62, Tolisso, 75
C qrupu
20:55."Şaxtyor" (Donetsk, Ukrayna) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:2
Qollar: Y.Konoplyanka, 17, Dodo, 75 - D.Olmo, 25, M.Orsiç, 60
23:00."Mançester Siti" (İngiltərə) - "Atalanta" (İtaliya) - 5:1
Qollar: S.Aquero, 34, 38, R.Sterlinq, 58, 64, 69 - R.Malinovski, 28
D qrupu
20:55."Atletiko" (Madrid) - "Bayer” (Almaniya) - 1:0
Qol: A.Morata, 78
23:00."Yuventus" - "Lokomotiv" (Moskva) - 2:1
Qol: P.Dibala, 77, 79 - A.Mirançuk, 30
Telegram kanalımız