Voleybol üzrə yığmamızın kapitanı Ayşən Abduləzimova Finlandiya yığması ilə oyundan sonra fikirlərini bildirib. Dominos pizza
“Yeni Sabah” xəbər verir ki, voleybolçu oyunu belə şərh edib: "Oyuna pis başladıq, amma 3-cü hissədə toparlanıb qalib gəldik. Düşünürəm ki, ispanlarla oyundan indi daha yaxşı oynadıq. Oyunumuz haqqında deyə bilərəm ki, özümüz çox səhvlərə yol verdik. Rəqibimiz sürətli hücum edirdi, buna görə də blokda istədiyimiz kimi oynaya bilmədik. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı oyun göstərəcəyik".
Telegram kanalımız