Dünən müğənni Şəbnəm Tovuzlu İstanbulda konsert verib.
“Yeni Sabah” xəbər verir ki, onun Türkiyədə konsert verməsi heç də birmənalı qarşılanmayıb.
Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) Şəbnəmin bostanına daş atıb. O, sosial şəbəkədə Xumar Qədimovanın konsert görüntülərini paylaşaraq, ondan başqa heç kəsin İstanbulda konsert verə bilmədiyini qeyd edib: Dominos pizza
“Allah Nahidə (Tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlu – Red.) rəhmət etsin! Hər sumka daşıyan konsert etsə, daha nə oldu? Xumardan başqa hələ heç kim İstanbulda konsert verməyib. Mən açıq havada havayı bələdiyyə konsertləri və ya gecə klublarını demirəm. Konsert dediyin budur, istər piar, istər tamaşaçı, istərsə, təşkilatçılıq. Yalandan bəh-bəhlə deməklə deyil! Kimin acığına gəlir gəlsin, səhifəmin qapısı açıqdır, çıxa da bilər, insan özünü aldatmaz! Mən bəziləri kimi yaltaqlana bilmərəm!”
Rəylərdə onun Şəbnəmi verilişinə dəvət etdiyini qeyd edənlərə Tolik sərt reaksiya verib:
“Mənim verilişimə gəlib deyə nə etməliyəm? Mən fikrimi deyirəm, istər Şəbnəm olsun, istər Damla. Mən verilişimə gələn qonağı həm tərifliyərəm, həm də tənqid edərəm. Mənim heç kimdən asılılığım yoxdur, olmayıb, olmayacaq da”.
Əsmətxanım
Telegram kanalımız