İstifadəyə yararsız 100 kq ət aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

İstifadəyə yararsız 100 kq ət aşkar edildi

Sosial

17 May 2019 14:13 840


Xudatda istifadəyə yararsız ət aşkar edilib.

Daxili İşlər Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, mayın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə tədbir həyata keçirib. Şəhərin O.Mirzəyev küçəsində yerləşən Rəvan Bağıyevə məxsus gül satışı mağazasında soyuducudan mənşəyi məlum olmayan 100 kiloqram çəkidə ət aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. pizza hut

Araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!