İstirahət zonaları nəzarətə götürüldü

saytların hazırlanması

Evə çatdırılma

İstirahət zonaları nəzarətə götürüldü

Sosial

17 May 2019 11:43 1023


"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan Dövlət Turizm Agentliyi (ADTA) ilə birlikdə istirahət zonalarında qida təhlükəsizliyinə nəzarət tədbirləri çərçivəsində monitorinqlər həyata keçirir".

"Yeni Sabah"  bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, yay mövsümü ilə əlaqədar həyata keçirilən tədbirlərin məqsədi istehlakçıları sağlam qida ilə təmin etməkdir: "Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən istirahət zonalarında nəzarət tədbirləri həyata keçirilir ki, istehlakçılarımız sağlam qida ilə təmin oluna bilsinlər. Ümumilikdə isə qida təhlükəsizliyi ilə bağlı hər mövsümə uyğun spesifik tədbirlər planı icra edilir". pizza hut

Q.Təhməzli əlavə edib ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində elə bir sistem qurulmalıdır ki, qəbul etdiyimiz qidalar bizim üçün təhlükə yaratmasın.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!