İsveçrə parlamentində Azərbaycan oliqarxlarına zərbə

saytların hazırlanması

Evə çatdırılma

İsveçrə parlamentində Azərbaycan oliqarxlarına zərbə

Siyasət

03 Oktyabr 2019 17:03 2799


İsveçrə parlamenti Azərbaycana bank və vergilərlə bağlı informasiya verməyə başlamaq haqqında qərar qəbul edib. 

“Yeni Sabah” 2021-ci ildən Azərbaycan və İsveçrə arasında bank və vergi məlumatları mübadiləsi başlayacaq. Bu qərar, sözügedən ölkədə vergidən yayınma ilə mübarizə bank sirrindən üstün tutulduğuna görə qəbul edilib. 

İqtisadçı alim Nazim Bəydəmirli “Yeni Sabah” şərhində bildirib ki, bu proses bir neçə ildir davam edir. Onun sözlərinə görə, “Böyük yeddilik” formatına daxil olan ölkələrin rəhbərləri toplantılarında ofşor və gizli hesablardan siyasilərin, onlara yaxın iş adamlarının vurduqları ziyanla mübarizə apardıqlarını elan ediblər. Sezar pizza

“İsveçrə məsələsi də qlobal prosesin bir parçasıdır. Bu dövlət tərəfsizliyini qoruyub saxlayan imici yaradıb. Ona görə də Azərbaycandan olan siyasi çevrələrə yaxın biznes şəbəkələrin və xüsusən məmur sahibkarlığına aid şəxslərin İsveçrə banklarında vəsaitləri haqda qaldırılan məsələ məntiqlidir”, - deyə iqtisadçı bildirib.

Nazim Bəydəmirlinin fikrincə, parlamentdə aparılan müzakirələr hələ icra strukturlarının bunu həll etməsi anlamına gəlməməlidir: “Sadəcə, demokratik ölkələrin parlamentləri belə məsələləri müzakirəyə çıxarırsa, hakimiyyətdəki siyasi partiya qanunverici orqanın qərarı ilə razılaşmağa məcbur edilir. Əsas məsələ sonda seçicinin hansı reaksiya verəcəyidir. Postsovet dövlətlərinin məmurlarından fərqli olaraq demokratik ölkələrdə məmurların hansısa əyləncəli həyat tərzi vətəndaşda, seçicidə çox qıcıq oyadır. Hətta qanuni yolla milyardlara sahib olanlar da özlərini çox sadə şəkildə ictimaiyyətə təqdim edirlər, dəbdəbəli həyat qurmurlar, müxtəlif fondlara vəsait yatızdırırlar. Seçicilər də öz milyonerlərindən gördüyü faydanı Azərbaycan kimi cəmiyyətlərdən də gözləyirlər və sonda bu vəsaitin mənşəyini sorğulayırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!