İtaliyada koronavirusdan ölənlərin sayı 2,5 min nəfəri ötdü

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada koronavirusdan ölənlərin sayı 2,5 min nəfəri ötdü

Dünya

17 Mart 2020 23:37 582


Son gün ərzində İtaliyada koronavirusdan ölənlərin sayı 345 nəfər təşkil edib.

"Yeni Sabah" TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andcelo Borrelli bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirusun qurbanlarının sayı 2,5 min nəfəri ötüb. Marqarita pizza

Koronavirusdan sağalanların sayı demək olar, 3 min nəfərə çatıb.

“Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 26 062 nəfərdir, onların 2 060 nəfəri intensiv terapiya bölməsindədir", - o qeyd edib.

Məlumata görə, Lombardiyada 120 nəfər koronavirusun qurbanı olub. İtaliyanın başqa regionlarında da virusdan ölənlərin sayı artır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!