İtaliyada koronavirusdan ölənlərin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada koronavirusdan ölənlərin sayı artdı

Dünya

27 Fevral 2020 23:49 877


İtaliyada koronavirusdan ölənlərin sayı artıb. "Yeni Sabah" "TASS"a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli açıqlama verib. Departament rəhbərinin verdiyi məlumata görə, ölkədə virusdan ölənlərin sayı 17 nəfərə çatıb. O, qeyd edib ki, indiyədək ölkədə ümumilikdə 650 koronavirusa yoluxma halı qeydə alınıb: "Lombardiya bölgəsində üç yeni ölüm faktı qeydə alınıb. Onların yaşı 80-dən yuxarıdır". O, həmçinin virusdan sağalan şəxslərin sayının getdikcə artdığını da bildirib. Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 814 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 585-dən çoxdur.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!