İtaliyada Qobustan rəsmlərinə bənzər təsvirlər tapılıb

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada Qobustan rəsmlərinə bənzər təsvirlər tapılıb

Maraqlı

27 Oktyabr 2021 10:45 2176


İtaliyanın Romanelli mağarasında Qobustan qayaüstü təsvirlərinə bənzəyən Daş dövrünə aid nadir təsviri sənət əsərləri tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Antiquity Journal” məlumat yayıb.

Tədqiqatçılar Homo sapienslərin 14-11 min il bundan əvvəl burada yaşadıqlarını təsbit ediblər. Sezar pizza

Qeyd edək ki, ilk dəfə elm adamları mağarada qayaüstü rəsmləri 1905-ci ildə müəyyən ediblər. Ancaq hazırki əhəmiyyətli kəşflər yeni aşkarlanıb.

Tapılanlar arasında barmaqla çəkilmiş həndəsi naxışlar və quş rəsmi də var. Bəzi görüntülərin zaman keçdikcə pisləşməsinə baxmayaraq, əvvəlki rəssamların ustalıq səviyyəsini qiymətləndirmək mümkündür. Onlar səthə uyğun olaraq fərqli vasitələrdən istifadə edirmişlər.

“Ferrara” universitetinin nümayəndəsi Dario Siqarinin fikrincə, bu yaxınlarda tapılan əsərlər, əvvəllər aşkar edilmiş əsərlərlə yanaşı, İtaliya, Fransa və Azərbaycanda (Qobustan) mövcud olan qaya rəsmləri ilə çox oxşardır.

Rafi Müslümov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!