İtaliyalılar üçün faciəvi mövsüm

saytların hazırlanması

Evə çatdırılma

İtaliyalılar üçün faciəvi mövsüm

İdman

20 Fevral 2025 14:58 257


Bu il İtaliya klubları üçün Çempionlar Liqasında olduqca bərbad mövsüm keçirir. “Milan”dan sonra bu dəfə “Atalanta” və “Yuventus” qitənin 1 nömrəli klub çempionatı ilə vidalaşıb.

Yenisabah.az xəbər verir ki, bununla da turnirdə Apennin yarımadasının təmsilçisi olaraq sadəcə “İnter” qalıb. “Boloniya” isə liqa mərhələsində çempionata əlvida demişdi.

“Milan” “Feyenoord”a, “Yuventus” “PSV”-yə, “Atalanta” isə “Klub Brüggeyə məğlub olaraq, Çempionlar Liqasında mübarizəni dayandırıb. Sözügedən komandalardan “Milan” 7, “Yuventus” isə 2 qat Çempionlar Liqası qalibidir. “Atalanta” isə ötən il Avroliqanı qazanmışdı.  pizza mizza

Maraqlı nüans isə italiyanların məğlub olduğu komandalarla bağlıdır. Onların hər 3-ü Benilüks ölkələrinin klublardır. İtaliyanlar sözügedən ölkələrdə oynanılan futbolu hər zaman məsxərəyə qoyaraq, bunun “qızlar üçün” olduğunu bildirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!