İtkin düşən daha bir əsgərimizin meyiti tapılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, Vətən müharibəsinin iştirakçısı, 1997-ci il təvəllüdlü Məmmədli Cavidan Valeh oğlunun şəhid xəbəri gəlib. pizza
Qeyd edək ki, ailəsi oktyabrın 1-dən Cavidandan xəbər ala bilmirdi.
O, bu gün İmişli rayonunda torpağa tapşırılacaq.
Telegram kanalımız