IV Məntiq Olimpiadasının final mərhələsi keçirilib

saytların hazırlanması

Evə çatdırılma

IV Məntiq Olimpiadasının final mərhələsi keçirilib

Sosial

27 May 2019 08:27 1434


Mayın 25-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, məktəb-lisey kompleksində mərkəzləşdirilmiş qaydada təşkil edilən olimpiadanın final mərhələsində Bakı şəhərinin ümumi təhsil məktəbləri üzrə 1 500-dən çox məktəbli iştirak edib.

V-VI sinif şagirdləri arasında keçirilən bilik yarışının final mərhələsində şagirdlərə bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt verilib. Dördpendirli pizza

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!