İybilmə qabiliyyətinin itməsi bu xəstəliyin əlaməti ola bilər

saytların hazırlanması

Evə çatdırılma

İybilmə qabiliyyətinin itməsi bu xəstəliyin əlaməti ola bilər

Sağlamlıq

12 Yanvar 2021 09:55 782


Alimlər müəyyən ediblər ki, insanlarda iybilmə hissinin parkinson xəstəliyinin erkən əlamətləri sırasına aiddir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Express” nəşri yazıb.

Parkinson Fondundan nəşrə verilən məlumata görə, bu xəstəlikdən əziyyət çəkən pasiyentlər tez-tez bildirirlər ki, titrəmə və başqa yayılmış əlamətlərin inkişafından bir neçə il əvvəl onların qoxuları hiss etməsi qabiliyyəti itib. Dördpendirli pizza

Lakin iybilmə qabiliyyətinin itməsi heç də bütün pasiyentlərdə müşahidə olunmur. Amma tədqiqatlar göstərir ki, xəstələrin 90%-i qoxuları hiss etmir.

Qeyd edilir ki, bəzən qoxubilmə xəstəliyin diaqnostikasından 10 il əvvəl itə bilər. (Report)

Xatırladaq ki, iybilmə duyğusunun itməsi həmçinin koronavirus infeksiyasının tez-tez rast gəlinən əlamətidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!