İyul ayı üçün bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

saytların hazırlanması

Evə çatdırılma

İyul ayı üçün bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

Sosial

22 İyul 2020 20:18 1822


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

Yenisabah.az xəbər verir ki, qeyd edilən sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb:

"Bundan əvvəl iyulun 15-dək isə bu ayın bütün pensiyaları, o cümlədən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiyaları ödənilib. Pepperoni pizza

Pensiya vəsaitləri kimi, müavinət, təqaüd və kompensasiyalarını da vətəndaşlar istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur".

Yaxın günlərdə isə iyul ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacağı bildirilib.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!