2019-cu ildə rekordları qıran "Betmen"in əzəli düşməni "Joker" davamı ilə geri qayıdır.
Yenisabah.az xəbər verir ki, rejissor Todd Filips sosial mediada paylaşım edərək kinosevərlərə ikinci film üçün hazırlıqların başladığını açıqlayıb.
Filips sosial şəbəkədə "Joker: Folie à Deux" adlı foto paylaşıb. Daha sonra o, ssenarini oxuyan Feniksin şəklini paylaşıma əlavə edib. pizza hut
Daha əvvəl 11 nominasiya üzrə Oskar mükafatına namizəd olan filmin yeganə film olaraq qalacağı bildirilmişdi, lakin onun ekranlara çıxması və kassada diqqəti üzərinə çəkməsi ilə ikinci filmin xəbərləri gəlməyə başlayıb.
Süjetlə bağlı hələlik heç bir məlumat paylaşılmayıb, lakin "Folie à Deux"un "iki nəfər üçün dəlilik" demək olması diqqət çəkib.
Telegram kanalımız