Juninyo “Marakana”da meydana çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Juninyo “Marakana”da meydana çıxdı

İdman

09 Mart 2025 12:58 332


“Qarabağ”ın sabiq futbolçusu Juninyo yaşıl meydana qayıdıb.

Yenisabah.az xəbər verir ki, o, komandası “Flamenqo”nun “Vasko da Qama”ya qarşı matçının iştirakçısı olub. Matç məşhur “Marakana” stadionunda keçirilib.

Karioka Liqasının yarımfinal mərhələsinin bu oyunu 2:1 hesabı ilə “Flamenqo”nun qələbəsi ilə başa çatıb (ilk oyun 1:0). Bu uğur sayəsində onlar finala yüksəliblər. Dominos pizza

28 yaşlı Juninyo ehtiyat heyətdə yer alıb və 75-ci dəqiqədə meydana girib. O, qol vura bilməyib.

Təxminən 1 ay əvvəl “Botafoqo” ilə matçda zədələnmiş və o vaxtdan oyuna çıxmamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!