Jurnalist vəsiqəsinin verilməsinə dair layihə təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Jurnalist vəsiqəsinin verilməsinə dair layihə təsdiqləndi

Maraqlı

30 Dekabr 2021 13:17 633


Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsi veriləcək.

Yenisabah.az xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Yeni qanun layihəsində qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Dominos pizza

Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 (üç) ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 (üç) iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!