“Jurnalist yaxşı məvacib alsa, gözü onun-bunun əlində olmaz“   - Baş redaktor

saytların hazırlanması

Evə çatdırılma

“Jurnalist yaxşı məvacib alsa, gözü onun-bunun əlində olmaz“ - Baş redaktor

Maraqlı

14 Dekabr 2021 12:41 912


"Ümid edirəm ki, Media haqqında yeni qanunun qəbulu jurnalistlərin sosial durumunun yaxşılaşmasına səbəb olacaq".

Bunu SİA-ya açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

O, qeyd edib ki, jurnalistlər bundan sonra aşağı faizlə uzunmüddətli kreditlər götürə biləcəklər. Yeni qanun KİV-lər üçün də bu imkanı yaradır. Yəni hər bir KİV özünün maddi-texniki bazasını gücləndirmək üçün kredit əldə edə biləcək. Nəticədə, redaksiyalarda iş şəraiti yaxşılaşacaq, peşəkarlıq artacaq. Marqarita pizza

Seymur Verdizadə bu barədə fikirlərini belə izah edib: "Jurnalistlərin sosial vəziyyətindən danışanda bəzi dostlarımız bunu yanlış anlayırlar. Hətta bəzən məsələni məişət səviyyəsinə endirirlər. Halbuki bütün peşə sahibləri kimi jurnalistin də yaxşı qazanmaq, yaxşı yaşamaq hüququ var. Jurnalist yaxşı məvacib alsa, gözü heç kimin əlində olmaz. Gözü başqasının əlində olan jurnalist istər-istəməz tərəzinin gözünü əyəcək, tərəfə çevriləcək, nəticədə qeyri-peşəkar davranacaq. Bu baxımdan mən yeni qanunda jurnalistlər üçün müəyyən güzəştlərin nəzərdə tutulmasını təqdir edirəm. Onu da qeyd etmək istərdim ki, qanun layihəsinin müzakirəyə çıxarılması müsbət haldır. Yeni qanun uzun müddətdir ki, ən müxtəlif auditoriyalarda müzakirə olunur. Kifayət qədər əsaslandırımış təkliflər səsləndirilib. Ümid edirəm ki, qanun layihəsi parlamentdə müzakirə olunanda bu təkliflər də nəzərə alınacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!