Jurnalisti “Range Rove”ə görə döydülər

saytların hazırlanması

Evə çatdırılma

Jurnalisti “Range Rove”ə görə döydülər

Hadisə

10 İyun 2025 15:56 1469


Jurnalist Rahib Qəribi bir qrup şəxs döyüb.

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, hadisə "Jurnalistlər Binası"nın həyətində qeydə alınıb.

Şahidlərin bildirdiyinə görə, hadisə avtomobil parklanması zamanı düşən mübahisə zəminində baş verib. Dördpendirli pizza

Rahib Qərib avtomobilini park edərkən digər maşını yüngül zədələyib. Buna görə həmin avtomobilin sahibi və onun yaxınları jurnalisti döyüblər.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

Rahib Qərib bildirib ki, aldığı xəsarətlərə görə Kliniki Tibbi Mərkəzdə müalicə alıb:

"Gecə saatları "TikTok"da hərbi geyimdə canlı yayımda idim. Avtomobilimdə olan emblemi izləyicilərimə göstərmək üçün həyətə düşdüm. Səhlənkarlıq nəticəsində, istəmədən qarşıdakı "Range Rover"ə cüzi zədə yetirmişəm. Bunun üstündə maşının sahibi və qohumu mənimlə dalaşdı. Xəsarətlər aldım. Təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparıldım. Xəstəxanadan srağa gün buraxılmışam. Ayağım sınıb. Hazırda polis məsələni araşdırır. Sonadək gedəcəm ki, cəzalarını alsınlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!