Jurnalistlərə vaksinin ikinci dozasının vurulacağı tarixlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistlərə vaksinin ikinci dozasının vurulacağı tarixlər açıqlandı

Sağlamlıq

04 May 2021 16:20 884


May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq.

Yenisabah.az Azərbaycan Mətbuat Şurasına istinadla xəbər verir ki, aprelin 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-si və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək. pizza sifarişi

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasında aparılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!