Çeçenistan rəhbərinin oğlu Adam Kadırov yol qəzasına düşüb.
"Yeni Sabah" Kavkaz.Realii-yə istinadla xəbər verir ki, onun korteji "yüksək sürətlə, maşın-maşın hərəkət edərkən qəfildən maneə ilə qarşılaşıb".
Nəticədə maşınlar bir-birinə çırpılmağa başlayıb, buna görə də xeyli sayda itki olduğu barədə məlumatlar var. pizza sifarişi
Adam Kadırovun Moskvaya aparılması barədə məlumatlar mövcuddur. Qəzanın digər qurbanları Qroznıdakı respublika xəstəxanasındadır. Onların dəqiq sayı bilinmir.
Mənbə əlavə edib ki, Çeçenistan rəhbərinin 18 yaşlı oğlunu daşıyan avtomobil kortejdə birinci olub və sükan arxasında Adam Kadırovun özü ilə çox yüksək sürətlə hərəkət edib. "Maşın yoldan çıxaraq hansısa maneəyə dəyib. Görünür, o, idarəetməni itirib", - deyə mənbə izah edib.
Telegram kanalımız