Kafeyə hücum edən şəxs icarədarı ölümlə hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Kafeyə hücum edən şəxs icarədarı ölümlə hədələdi

Kriminal

23 İyul 2025 13:57 423


Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb. Kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Ramazanov barəsində həbs qətimkan tədbiri seçilib. Marqarita pizza

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!