Kahramanmaraşın bir bölgəsində axtarış-xilasetmə işləri başa çatdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Kahramanmaraşın bir bölgəsində axtarış-xilasetmə işləri başa çatdırıldı

Rəsmi

23 Fevral 2023 19:59 917


Kahramanmaraş şəhərinin Türkoğlu rayonunda axtarış-xilasetmə işləri başa çatıb.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Karaman valisi Tuncay Akkoyun Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə Kahramanmaraş şəhərində görüşü zamanı deyib.

O bildirib ki, Türkoğlu rayonunda zəlzələ zamanı 152 bina dağıntılar altında qalıb, 25 məscidə ziyan dəyib, 54 binada isə axtarış-xilasetmə işləri aparılıb. Sezar pizza

Vali qeyd edib ki, dağıntılar altından 113 nəfər sağ, 679 nəfərin isə meyiti çıxarılıb.

T.Akkoyunun sözlərinə görə, təbii fəlakət nəticəsində 2 icra nümayəndəsi, 17 müəllim və 1 polis əməkdaşı həlak olub:

"Hazırda zərərçəkmişlər çadır şəhərciklərinə yerləşdirilib, onlara lazimi yardımlar göstərilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!