Kamal Abdulla AYB-nin pul mükafatından imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Kamal Abdulla AYB-nin pul mükafatından imtina etdi

Sosial

02 May 2019 09:15 842


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən layiq görüldüyü Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafatı zamanı aldığı pulu gənc yazıçılar arasında bölüşdürəcək.

Bu barədə K.Abdulla özü məlumat verib.

O bildirib ki, layiq görüldüyü 2 min manatı Azərbaycanın 4 gənc yazıçısı arasında bölüşdürməyi düşünür: “İlk olaraq, məni bu mükafata layiq gördüyü üçün Anar müəllimə təşəkkürümü bildirirəm. Təbii ki, mən bu pulu özümə sərf etməyəcəm. Düşünürəm ki, bunu 4 gənc yazıçı arasında bölüşdürüm. Ona görə də, bununla bağlı Azərbaycan Yazıçılar Birliyinin katibliyinə müraciət etmişəm. Həmin pulu 4 yazıçı arasında bölüşdürəcəm”. Toyuqlu pizza

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev "Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı sərəncamla Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat ayrılıb.

AYB-nin Katibliyi Prezident İlham Əliyevin ayırdığı məbləğ hesabına bir neçə müəllifi mükafatlandırıb. Belə ki, İmadəddin Nəsimi, Mirzə Cəlil Məmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına – hərəsi 2000 manat məbləğində olmaqla 12 mükafat təqdim olunub.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!