Kamil bu fotoya görə saxlanılıb? 

saytların hazırlanması

Evə çatdırılma

Kamil bu fotoya görə saxlanılıb? 

Maraqlı

21 Fevral 2024 11:29 2597


Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. 

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb. 

Qeyd olunur ki, o, Moskvanın “Domodedovo” hava limanında həbs edilib.  pizza sifarişi

Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib. 

“Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı”, - xəbərdə iddia olunur. 

Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıblar. 

Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!