Kamran Əsədov   İŞDƏN ÇIXARILDI

saytların hazırlanması

Evə çatdırılma

Kamran Əsədov İŞDƏN ÇIXARILDI

Sosial

16 Dekabr 2025 21:25 5947


Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri Kamran Əsədov vəzifəsindən uzaqlaşdırılıb.

"Yeni Sabah" Unikal.az-a istinadən xəbər verir ki, hazırda sədr vəzifəsini Renata Mənsurova icra edir. Məlumat ETİHİ-nin Nərimanov Rayon Komitəsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, K.Əsədov sözügedən vəzifəyə bu ilin noyabrın 27-də seçilib. Noyabrın 28-dən fəaliyyətə başlayıb. Dominos pizza

Dekabrın 12-də isə onun barəsində cinayət işi açıldığına dair məlumat yayıldı. Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb. Belə ki, hazırda məhkəmə istintaqı davam edir. Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məm
    Görəsən niyə soruşan yoxdu bu təhsil eksperti niyə bu cinayət əməlini törədib?Əlbətdəki məlumdur niyə? Bəli,yaxşı yaşamaq,yaxşı qidalanmaq və gələcəy yaşamına şəarit qurmaqdan ötərı.Nə qədərki, əhalininn sosial vəziyyəti,dolanışıqıı yox səviyyəsindədir belə hadisələr tez tez baş verəcək.Hamının evində ailəsi var,onlarda normal yaşamaq istəyirlər.
    5 months ago
  • Maria
    Torba tikiblər də
    5 months ago