Karantin rejimini pozan kafe qapadıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejimini pozan kafe qapadıldı - Foto

Kriminal

30 Mart 2020 10:52 812


Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkar edilib və qaydalara əsasən fəaliyyəti dayandırılıb. Həmin kafeni işlədən şəxs barəsində  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub, pizza hut

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində  davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!