Karateçilərimiz Çində 2 medal qazanıblar

saytların hazırlanması

Evə çatdırılma

Karateçilərimiz Çində 2 medal qazanıblar

İdman

10 İyun 2019 08:47 935


Azərbaycan karateçilər Çinin Şanxay şəhərində Karate1 Premyer Liqa turnirində 2 bürünc medal qazanıblar. 

“Yeni Sabah” xəbər verir ki, milli üzvlərindən Firdovsi Fərzəliyev (60 kq) və Pənah Abdullayev (84 kq) mötəbər turnirdə 3-cü yeri tutublar.

Onlar bununla reytinq cədvəllərində mövqelərini də möhkəmlədiblər.  Sezar pizza

Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate1 Premyer Liqası mövsümünün 4-cü mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib. 

Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan yığma üzvləri iyunun 11-də Bakıya dönüb, II Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!