Karateçimiz Ayxan Mamayev xəstəxanaya düşüb.
"Yeni Sabah" xəbər verir ki, o, böyrəyində olan problemlə bağlı Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Onun dostu sərbəst güləş üzrə üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov "Oxu.Az"a açıqlamasında bu haqda bildirib: pizza mizza
"Ayxanın kəskin böyrək çatışmazlığı var. Dünən özünü pis hiss edib. Böyük ehtimalla, soyuqdəymədən olub. Bədəni şişib və xəstəxanaya gətiriblər. Xəstəxanada məlum olub ki, böyrəklərində problem var. Bu gün onun özü ilə danışmışam, qırıq-qırıq danışır. Həkimlər onun nə vaxt ayağa qalxacağı barədə hələ bir söz demirlər".
Telegram kanalımız