“Kartı dostuna verdi, həyatı qaraldı” - 10 cinayət…

saytların hazırlanması

Evə çatdırılma

“Kartı dostuna verdi, həyatı qaraldı” - 10 cinayət…

Hadisə

28 İyun 2025 22:15 2679


Türkiyənin paytaxtı Ankarada qablaşdırma işi ilə məşğul olan 22 yaşlı İlyas Ataş adlı şəxs əsgərlikdə tanış olduğu dostuna bank kartını verdikdən sonra başına gəlməyən qalmayıb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dostu ona “məhkəmə borcum var, kartını ver, əmim pul göndərəcək” deyib. İlyas da inanaraq kartını verib.

Bir müddət sonra onun adına 10 ayrı dələduzluq işi açılıb. Kütahyada bir nəfərin aldadılması ilə bağlı işdə ona 4 il 2 ay həbs və 20 min lirə cərimə kəsilib. O, qərardan apellyasiya şikayəti verib. pizza hut

“Kartım 3 gün onda qaldı. 4 ay sonra hüquq-mühafizə orqanları məni aparıb ifadə aldı. İndiyə qədər 10 dəfə ifadə vermişəm. 4 cinayət işim, 6 araşdırmam var. Heç kimdən bir qəpik də almamışam. Bu sübutlarla da aydındır,” – deyə o bildirib.

İlyas sosial şəbəkələrdə bu vəziyyəti yaşayanlarla əlaqə quraraq 1000 nəfərlik qrup yaradıb. 

Onun hüquqşünası da bildirib ki, bu cür aldadılan yüzlərlə insan var və İlyas heç bir mənfəət əldə etməyib. Lakin istintaq çox ləng aparılır. 

Əsmətxanın Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!