Kasıbları təhqir edən sürücü ilə bağlı maraqlı fakt   - Zakir Qaralovun “pul yığanı”...

saytların hazırlanması

Evə çatdırılma

Kasıbları təhqir edən sürücü ilə bağlı maraqlı fakt - Zakir Qaralovun “pul yığanı”...

Maraqlı

12 Yanvar 2022 12:17 1342


Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1985-ci il təvəllüdlü Samid Bağırov müəyyən edilərək saxlanılıb.

Yenisabah.az bildirir ki, S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib. Marqarita pizza

Bakupost.az həmin sürücü ilə bağlı bəzi maraqlı məlumatlar əldə edib.

Bəlli olub ki, 37 yaşlı S. Bağırov heç də sıradan bir nəfər deyil. Uzun müddət “Akkord” Şirkətlər Qrupunun xəzinadarı olub.

O, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı” kimi tanınıb.

Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!