Kasko sığortası ucuzlaşa bilər - rəqəm açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Kasko sığortası ucuzlaşa bilər - rəqəm açıqlandı

İqtisadiyyat

16 Noyabr 2024 10:17 883


Kasko sığortaya maraq kəskin artıb. Buna səbəb ölkənin avtomobil parkının yenilənməsidir.

Yenisabah.az Xəzər TV-yə istinadən bildirir ki, kasko sığortaya marağın kəskin artması sığorta haqqını ucuzlaşdıra bilər.

Ekspertlər deyirlər ki, artıq yeni avtomobil sahibi olan sürücülər zərərin qarşılanması üçün kasko sığortaya daha çox üz tuturlar. pizza mizza

Sığorta eksperti Vüsal Bədəlov deyir ki, kasko sığortaya marağın artması onun qiymətinə də təsir edə bilər. Qarşıdakı illərdə avtomobil parkı tam yeniləndikcə kasko sığorta haqlarının da ucuzlaşması gözləniləndir.

Qeyd edək ki, hazırda kasko sığorta haqqı avtomobilin dəyərinin 2.5 - 3.5 faizi nisbətində hesablanır. Lakin kasko sığortaya marağın artması qiymətə təsir etdikdən sonra, bu rəqəmlərin 1- 1.5 faiz düşməsi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!