“Katibə” Zaxarova Simonyana cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

“Katibə” Zaxarova Simonyana cavab verdi

Maraqlı

07 Sentyabr 2023 11:28 1497


Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın atmacasını cavabsız qoymayıb.

Yenisabah.az xəbər verir ki, o, cavabı öz Telegram-kanalında yerləşdirilib.

"Səviyyə ilə bağlı problemlərin olduğuna dair mübahisə etmək çətindir. Mən planetin bütün “katibə”lərinə dəstək sözləri demək istəyirəm. Rəfiqələrim! İşiniz hətta ən yüksək səviyyəli müdirin uğur açarıdır. Gündəlik zəhmətli işiniz, o cümlədən plan tərtib etmək, görüşlər təşkil etmək, sənədlərlə işləmək, zəngləri qəbul etmək və milyonlarla müxtəlif qayğı - sizsiz qalaq-qalaq yığılacaq. pizza hut

Vecinizə də almayın, bu adam, əminəm ki, düşünmədən danışıb. Onun erməni xalqına dediklərinə münasibət bildirməyin. Erməni xalqı müdrik, səbirli və qəlbi sevgi doludur”.

Xatırladaq ki, A. Simonyan Zaxarovanın açıqlaması ilə bağlı bildirib: "Mən hansısa katibəyə cavab verməyəcəyəm, bu, mənim səviyyəm deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!