Keçmiş arvadını öldürüb evini belə yandırdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş arvadını öldürüb evini belə yandırdı - Fotolar

Kriminal

27 Fevral 2020 10:00 505


Bu gün səhər saatlarında Salyan şəhərində yerləşən Ə.Kürçaylı küçəsi, ev 60-da dəhşətli cinayət hadisəsi baş verib. "Yeni Sabah" Virtualaz.org-a istinadən xəbər verir ki, Salyan şəhər sakini, 58 yaşlı Ələkbər Fərhad oğlu Hüseynov həmin evdə keçmiş həyat yoldaşı Mirqubət Hüseynovanı bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı ailənin yeganə oğlu evdə olsa da, Ə.Hüseynovun anasını öldürməsinin qarşısını ala bilməyib. Oğlu anasının cəsədini yanan evdən çölə çıxarıb. Qeyd edək ki, Ələkbər Hüseynov həyat yoldaşı ilə boşandığından başqa yerdə , qətlə yetirilən qadın isə oğlu ilə birgə Ələkbər Hüseynovun atadan qalma evində yaşayırmışlar. Cinayətin törədildiyi mənzil üstündə xeyli vaxtdır ki, Hüseynovlar ailəsində məhkəmə çəkişmələri yaşanırdı. Faktla bağlı cinyət işi qaldırılıb. https://cdn.yenisabah.az/files/01_81582783255.jpg https://cdn.yenisabah.az/files/03_51582783255.jpg https://cdn.yenisabah.az/files/04_51582783255.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!