Keçmiş deputat onları ifşa etdi -   “10-15 dəqiqə sonra...”

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş deputat onları ifşa etdi - “10-15 dəqiqə sonra...”

Siyasət

04 Dekabr 2025 11:23 2365


Milli Məclisin sabiq deputatı Etibar Əliyev tədbirlərdə şahidi olduğu vəziyyəti tənqid edib.

“Yeni Sabah”ın xəbərinə görə, o, konfranslara dəvət olunan bəzi şəxslərin yalnız ön sırada əyləşmək istədiklərini bildirib.

E.Əliyevin sözlərinə görə, təşkilatçılar tez-tez qonaqların davranışlarından məyus olur, çünki bütün iştirakçıları ön cərgədə əyləşdirmək mümkün deyil. O qeyd edib ki, bəzi şəxslər, xüsusilə özünü ön planda görməyi sevənlər, istədikləri yeri almadıqda 10-15 dəqiqədən sonra tədbiri tərk edirlər. Dördpendirli pizza

Sabiq deputatın fikrincə, bu insanlar nə tədbirin mövzusuna, nə də çıxışçıların söylədiklərinə maraq göstərirlər: “Onlar üçün əsas məsələ yalnız diqqət mərkəzində olmaqdır. Belə yanaşma narsisizmin ağır və sağalmaz halıdır”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!