Keçmiş deputatlığa namizəd azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş deputatlığa namizəd azadlığa çıxdı

Siyasət

04 Noyabr 2019 11:11 1075


Dələduzluqda təqsirləndirilən Əli Ağaevli azadlığa çıxıb. 

"Yeni Sabah" "Oxua.az"a istinadən xəbər verir ki, o, cəza müddəti başa çatdığı üçün saxlandığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Qeyd edək ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Ona qarşı 500 min manata yaxın dələduzluq edilib. Dördpendirli pizza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Kərimov beş il və Ə.Ağaevli isə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən hər iki şəxsin cəzası azaldılaraq qəti olaraq hər birinin üzərində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Bildirilib ki, Ə.Ağaevli iş üzrə dəymiş ziyanı tam olaraq ödəyib.

Xatırladaq ki, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.

O, 2013-cü ildə “Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!