Keçmiş futbolçu MMA-da

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş futbolçu MMA-da

İdman

26 Aprel 2025 13:59 297


“Mançester Yunayted”in və Fransa millisinin sabiq futbolçusu Patris Evra MMA-da ilk döyüşünü keçirəcək.

Yenisabah.az xəbər verir ki, bu haqda PFL (Professional Fighters League) təşkilatı “X” sosial şəbəkə hesabında məlumat yayıb. Döyüş mayın 23-də Parisdəki “Accor Arena”da olacaq. 43 yaşlı sabiq kapitanın rəqibi hələ açıqlanmayıb.

“Rəsmi olaraq PFL Europe ilə ilk döyüşümə hazırlaşıram. Rəqibimi onlar seçəcək. Məndən soruşdular ki, kimlə döyüşmək istəyirsən? Dedim, Luis Suareslə. Pulunu da özüm ödəyərəm, hətta istəyirsə, məni dişləyə də bilər”, – deyə Evra “X”də yazıb. Dominos pizza

Fransız futbolçu “Mançester Yunayted”in heyətində beş dəfə İngiltərə çempionu olub və Çempionlar Liqasını qazanıb. O, həmçinin “Monza”, “Nitsa”, “Monako”, “Yuventus”, “Marsel” və “Vest Hem” klublarında da çıxış edib. Fransa millisində 81 oyun keçirən Patris Evra Avro-2016-da gümüş medal qazanıb.

Evra futbolçu karyerasını 2019-cu ilin yayında başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!