Keçmiş məhkum həbs olundu, üzərindən silah çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkum həbs olundu, üzərindən silah çıxdı

Kriminal

20 Yanvar 2020 14:59 997


Ağcabədi rayon sakinindən külli miqdarda marixuana və silah götürülüb.

"Yeni Sabah"ın verdiyi məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Qarayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman marixuana aşkar edilərək götürülüb. Araşdırmaların davamı olaraq onun yaşadığı ünvana baxış keçirilmiş, həyətindən əlavə olaraq 12 kiloqramdan artıq marixuana və evindən “Revolver” markalı tapança aşkar edilərək götürülüb. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!