Keçmiş məhkum qohumu ilə əlbir olub 10 baş heyvanı oğurladı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkum qohumu ilə əlbir olub 10 baş heyvanı oğurladı - Foto

Kriminal

11 Fevral 2020 09:45 1227


Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Elçin Əkbərov ona məxsus 10 baş iri buynuzlu heyvanın rayonun Şiştəpə kəndi yaxınlığındakı otlaq sahədən naməlum şəraitdə itdiyini bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, 23 yanvar 2020-ci il tarixində vətəndaşa məxsus heyvanları otlaq sahəsindən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuş, 31 yaşlı Elman Nağıyev və onun əmisi oğlu, 31 yaşlı Səfər Nağıyev oğurlayıblar.  Toyuqlu pizza

Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf edərək həmin heyvanları Bərdə rayonunda satdıqlarını, əldə etdikləri pulu isə aralarında bölərək xərclədiklərini bildiriblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!