Keçmiş MTN polkovniki həbsxanada niyə öldü?   - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş MTN polkovniki həbsxanada niyə öldü? - Rəsmi açıqlama

Maraqlı

09 Dekabr 2021 16:11 1007


Penitensiar Xidmət ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisinin ölümü ilə bağlı məlumat yayıb. 

Xidmətdən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirib ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.

“Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Z.İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb. Marqarita pizza

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib”, - deyə rəsmi məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!