Keçmiş nazir deputat olmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazir deputat olmaq istəyir

Siyasət

04 Dekabr 2019 11:28 1062


Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar Parlament seçkiləri keçiriləcək. Budəfəki seçkilərdə bir sıra “sürpriz” namizədlərin olacağı istisna edilmir. Bu namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun da adı çəkilir.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib:

“Bəli, mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) namizədliyimi irəli sürərsə, prosesə qoşularam. Ancaq bu barədə danışmaq hələ tezdir. pizza sifarişi

Cənab Prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”.

“YAP-dan namizədliyinizin veriləcəyini gözləyirsiniz?” sualına isə M.Mərdanov “İnşallah, Allah qoysa...”, - cavabını verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!