Keçmiş nazirdən mübahisəyə yol açacaq sözlər:   “Şir və Günəş yalnız İrana məxsusdur, başqalarının bu rəmzə haqqı çatmır”

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazirdən mübahisəyə yol açacaq sözlər: “Şir və Günəş yalnız İrana məxsusdur, başqalarının bu rəmzə haqqı çatmır”

Dünya

08 Fevral 2026 13:07 1538


"Şir və Günəş İran-İslam kimliyində kök salmış və hələ də İrana məxsus olan, lakin başqalarının da istifadə etdiyi rəmzlərdir".

"Yeni Sabah" Mehr News-a istinadla xəbər verir ki, bunu İranın sabiq XİN rəhbəri Əli Əkbər Salehi bildirib.

O, Tehranda keçirilən "Xarici siyasət və beynəlxalq münasbətlərtarixi" adlı konqresdə çıxışı zamanı qeyd edib: Toyuqlu pizza

"Mən iranşünaslardan soruşdum ki, Şir və Günəş simvolu bizimdirmi? Onlar dedilər ki, bəli, İslam Respublikası hələ də bu gerbə sahibdir. Lakin beynəlxalq arenada başqaları da Şir və Günəşı sahib çıxmaq istəyirlər. Lakin qlobal miqyasda bu gerbin mülkiyyət hüququnun hələ də İran İslam Respublikasına məxsus olduğu elan edilib".

Salehi əlavə edib: "Şir və Günəş İran-İslam kimliyindən qaynaqlanan və hələ də İrana məxsus bir simvoldur. İran və İslam kimliyi bir-birini tamamlayır. İran-İslam kimliyini ağıllı şəkildə qorumalıyıq. İranı bir zərfə bənzətsək, onun içində olan bizlərik. Bu zərfin açılmasına icazə verməməliyik. Milli kimliyimiz elə qorunmalıdır ki, bu zərfin içində olanları mühafizə edə bilsin".

Qeyd edək ki, Şir və Günəş (farsca "Şir o Xorşid") rəmzi bir çox Azərbaycan xanlıqlarının bayraqlarında da əsk olunub. Bu, əsasən Qacar nəslindən olan xanlıqların (Gəncə, İrəvan, Naxçıvan) bayraqları üçün səciyyəvidir.

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!