Qırğızıstanın birinci prezidenti Əsgər Akayevin oğlu Aydar Akayev vəfat edib.
Yenisabah.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvada dünyasının dəyişən Aydar Akayev iki həftədən sonra 44 yaşını qeyd edəcəkdi.
Məlumata görə, Əsgər Akayevin oğlu qəfil ürək dayanmasından dünyasını dəyişib. Aydar Akayevin üç övladı var idi. pizza mizza
2013-cü ildə A. Akayevə qarşı 2003-cü ildə “Qumtor” qızıl yatağı ilə bağlı Qırğızıstan üçün əlverişsiz olan müqavilə bağlamaqla bağlı qiyabi ittiham irəli sürülmüşdü.
Atası Ə. Akayev 2005-ci ildə Qırğızıstanda baş verən məxməri inqilab nəticəsində devrilib.

Telegram kanalımız