Keçmiş səfir: TRIPP layihəsi sülhün qurulması baxımından vacibdir

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş səfir: TRIPP layihəsi sülhün qurulması baxımından vacibdir

Siyasət

17 Noyabr 2025 10:45 536


TRIPP layihəsi Azərbaycan ilə Ermənistan arasında uzun müddətdir ehtiyac duyulan sülhün qurulması, eyni zamanda, Avrasiya boyunca ticarət marşrutlarının genişləndirilməsi baxımından daha vacib əhəmiyyət daşıyır.

"Yeni Sabah" AZƏRTAC-a istinadl xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.

O bildirib ki, ABŞ və Mərkəzi Asiya arasında aparılan müzakirələrdə ABŞ ilə dünyanın bu hissəsi arasında daha geniş iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları nəzərdən keçirilib. Lakin əgər nadir torpaq, uran və digər növ mineralların daşınması haqqında danışılırsa, dəmir yolu və avtomobil nəqliyyatı sistemlərinin təkmilləşdirilməsinə ehtiyac duyulacaq. pizza

“Düşünürəm ki, bunlar indi edilməlidir və burada iki əsas səbəb var. Birincisi, Mərkəzi Asiya və Avrasiyanın inteqrasiyasına, inkişafına dair ortaq prinsiplərin mövcudluğu, digəri isə Azərbaycanla Ermənistan arasında davamlı sülh baxışının inkişafı, konkretləşməsi və reallaşmasıdır. ABŞ-ın burada daha çox iştirakını görməliyik. Beləliklə, indi hərəkətə keçmək lazımdır. Azərbaycanın yerləşdiyi bu coğrafiyaya baxsaq görərik ki, əgər siz Rusiya və ya İrana daxil olmadan Avrasiyaya getmək istəyirsinizsə, Azərbaycandan keçməlisiniz. Bu infrastrukturun qurulması və bunun reallaşması üçün Azərbaycan, Ermənistan və Türkiyə ilə birgə işləmək çox vacib olacaq. Hazırda bunun üzərində işləməliyik”, - deyə R.Sekuta əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!