Keçmiş spiker İmamoğludan danışdı: “Erkən banlayan xoruzun...”

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş spiker İmamoğludan danışdı: “Erkən banlayan xoruzun...”

Dünya

14 Yanvar 2026 10:32 402


Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) qurucularından biri olan Bülənt Arınç İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan rəhbəri barədə fikirlər səsləndirib.

“Yeni Sabah” Sözcü TV-yə istinadla xəbər verir ki, Arınç Ekrem İmamoğlunun prezidentliyə namizədliyini çox erkən elan etdiyini deyib:

“Əkrəm İmamoğlunun namizədliyi çox tez açıqlandı. Əgər bu açıqlama erkən verilməsəydi, bəlkə də o, həbs olunmazdı. Siyasətdə erkən banlayan xoruzun başını kəsirlər”. Pepperoni pizza

Ə.İmamoğlunun həbssiz də mühakimə edilə biləcəyini vurğulayan B.Arınç bildirib ki, “Süleyman Soylunun (sabiq daxili işlər naziri - red.) "dağdakı terrorçunun ayaqqabı nömrəsinə qədər bilirik" dediyi ölkədə İmamoğlunun qaçışının inzibati yollarla qarşısı alına bilər”.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!